Masazırı su basdı - RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kanalizasiya xətlərində tutulma baş verib.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib.
“Kanalizasiya xətlərində tutulma nəticəsində Əliağa Vahid küçəsini su basıb. Əraziyə əməkdaşlarımız cəlb olunub. Problem gecə ilə aradan qaldırılıb”, - deyə Anar Cəbrayıllı bildirib.
***10:52
Abşeron rayonu, Masazır qəsəbəsində kanalizasiya suyu küçəyə dolub.
Bu barədə Mehman Səfərov adlı oxucu BAKU.WS-in qaynar xəttinə məlumat verib.
O bildirib ki, Əliağa Vahid küçəsini su basıb. Onun sözlərinə görə, həmin küçədə analoji problem həll olunmur. Dəfələrlə bu barədə şikayət olunsa da, problem həll olunmayıb.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq. Araşdırmalardan sonra açıqlama veriləcək.
Oxşar xəbərlər
Mətbuatımızın vəziyyəti necədir? – Qurum sözçüləri arasında SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...