İlham Əliyev prezident sarayına süvari dəstəsinin müşayiəti ilə gəldi (FOTO, VİDEO)

İlham Əliyev prezident sarayına süvari dəstəsinin müşayiəti ilə gəldi (FOTO, VİDEO)
Video
Video 2644

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad” sarayına gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Prezidentlər birgə foto çəkdirdilər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev İranda rəsmi səfərdədir

İlham Əliyev İranda rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib. BAKU.WS-in məlumatına görə, Azərbaycanın və İra...

1219 Siyasət 12:37 23 fevral 2016

Son xəbərlər