İlham Əliyev Ankarada qarşılandı - YENİLƏNİB - VİDEO

İlham Əliyev Ankarada qarşılandı - YENİLƏNİB - VİDEO
Foto Video
Video 639

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da Türkiyəyə işgüzar səfərə gəlib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşılayıblar.

***09:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumatı yayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər