DİQQƏT! Bu sürücülər cəzalana bilər – VİDEO

DİQQƏT! Bu sürücülər cəzalana bilər – VİDEO
Video
Video 1494
ARB TV-nin “Günə doğru” verilişində parklanma ilə bağlı sujet yayımlanıb.Sosial şəbəkələrdə paylaşılan bu video, yenidən parkinqlər mövzusunu gündəmə gətirib. Kadrlarda aydın olur ki, parkinq yerində maşın saxlayan sürücü ondan pul tələb edən şəxsə parkinq yerinin qanunsuz olduğunu izah edir. Oxşar mənzərəyə paytaxtın bir çox yerində rast gəlmək mümkündür.Ekspertlərin fikrincə küçə və prospektlərdə hərəkət istiqamətinin zəbt olunması yolverilməzdir. Bu, onsuz da darısqal olan paytaxt küçələrində hərəkəti daha da çətinləşdirir.Azər Allahverənov (Epkert): “Yolun yol infrasutrukturuna müəyyən xələl gətirməklə abadlıq işləri görərək yola xələl gətirirlər”.Bu məsələdə obyekt sahibləri kimi sürücülər də məsuliyyətli olmalıdır. Çünki yaranan vəziyyətdən ən çox elə onlar əziyyət çəkirlər.Vaqif Əsədov (BDYPİ-nin şöbə rəisi): “Parklanma yalnız icazə verilmiş ərazilər üzrə edilməlidir. Eyni zamanda sürücü ən azından park etməyi düşünürsə, digər sürücülərə mane olub-olmamasını nəzərdən keçirməlidir”.Hazırki məqamda paytaxt küçələrində sıxlığın aradan qaldırılması ilə bağlı xüsusi layihələr hazırlanır. Bu məsələnin həlli üçün dünya praktikasından yararlanıb, yerli modellərin hazırlanmasını təklif olunur.Hüseyn Abdullayev (Ekpert): “Dünya təcrübəsində olan ödənişli parkinq tətbiq olmalıdır. İndiki sistemdən fərqli olaraq, qapalı parkinqlər küçə parkinqindən ucuz olmalıdır ki, sürücülərin diqqətini cəlb etsin”.Ekspertlər hündürmərtəbəli avtomobil dayancaqlarının sayının artırılmalı, hərəkətin daha intensiv olan küçə və prospektlərdə inşasını vacib sayır.BAKU.WS

Son xəbərlər