Vaqif Əsədov: "Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."
09
yan
2018
09:50
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.BAKU.WS xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:"Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda, Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür".BAKU.WS
Oxşar xəbərlər
Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən...