İcra başçısı vətəndaşları sudan məhrum edir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Azərbaycanın Goranboy rayonunun Qaradağlı kənd sakinlərindən birinin çəkdiyi təxmin edilən video yayılıb.
Çəkilişdən bəlli olur ki, bir qrup yerli sakin (30-40 nəfər) su kanalını daşla bağlayır.
Videonun müəllifi iddia edir ki, bu kanal Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə məxsus nar plantasiyalarının, otlaqların və digər obyektlərin suvarılması üçün qazılıb.
“Suyun yönləndirilməsi nəticəsində kəndə 10 gün su verilməyib. “Azərsu”nun bölgədəki yeni ofisinin rəhbəri insanlara deyib ki, su icra başçısına məxsus əraziyə axır.
Caliber.Az sözügedən məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinə müraciət edib, amma orada sualı eşidəndən sonra deyiblər ki, qurumun bunu aydınlaşdıra biləcək bütün məsul işçiləri görüşdədirlər və yalnız sabah cavab verə biləcəklər (!). Sonra da bir gün davam edəcək görüşün nə barədə olduğunu aydınlaşdırmadan dəstəyi asıblar.
Təəssüf ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonu ümumiyyətlə bağlı olub və dəfələrlə ona zəng olunmasına baxmayaraq, o, geri dönüş etməyib.
Buna baxmayaraq, ümid edirik ki, Goranboy İcra Hakimiyyətində görüş nə vaxtsa başa çatacaq, Anar Cəbrayıllı telefonu açacaq və rayon icra hakimiyyətindən əhalinin narazılığı ilə bağlı məsələyə aydınlıq gətiriləcək.
Caliber.Az hadisələrin inkişafını izləyəcək.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...