Çörək mağazalara belə gətirilir - ŞOK İDDİA - VİDEO
16
iyn
2018
09:01
"Xəzər Xəbər"in votsap nömrəsinə minik avtomobilinin ayaqaltı hissəsində çörək daşınması ilə bağlı şəkillər göndərilib. Fotoların Sumqayıtda çəkildiyi qeyd edilir. Araşdırmamız zamanı məsələ təstiqini tapıb. Əməkdaşlarımız həmin avtomobilin sürücüsünü taparaq çörəyi niyə o cür daşıdığını öyrəniblər.Çörək mağazalara avtomobilin ayaqaltı hissəsində daşınır.Fotonu göndərən şəxs iddia edir ki, şəkil Sumqayıtda çəkilib. Çörəklər də sexlərdən birinin avtomobili tərəfindən şəhər ərazisindəki mağazalara daşınır.Əməkdaşlarımız həmin sürücünü tapıb. O, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseyinovdur. Adil Hüseyinov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.İstənilən halda çörək bərəkətdir, təzəsi də, köhnəsi də müqəddəs sayılır. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.Adil Hüseynov bundan sonra çörək daşıyarkən gigiyena qaydalarına daha diqqətlə yanaşacağını bildirib.BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda çörək satışına qadağa qoyulması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Sumqaytda Bakıda istehsal olunan çörəklərin satışı qadağan olunması barədə xəbər yayılıb.Xəbərdə deyilir ki, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb...