Boyat çörəkdən qəlyanaltı (RESEPT)
Evimizdə qalan boyat çörəklərlə həmişə nə edəcəyimizi,necə dəyərləndirəcəyimizi düşünürük.Çörəkləri israf etmək əvəzinə boyat çörəklərdən bir çox yemək edə bilərik.Lakin boyat çörəklə yararsız xarab çörəyi qarışdırmayın.Rəngi dəyişən, üzərində ağ və yaşıl təbəqə əmələ gələn çörək qətiyyən istifadə olunmamalıdır!
BAKU.WS sizinlə boyat çörəkdən hazırlanan asan və doyurucu resept təqdim edir.
Ərzaqlar:
Boyat çörək(axşamdan qalan,dünənki boyat dilimlənmiş çörək)
4 yumurta
3 ədəd pomidor
Kolbasa dilimi
Kərə yağı
Holland pendiri(rəndələnmiş)
150 ml süd
Duz və istiot
Hazırlanma qaydası:
Dilimlənmiş boyat çörəklərə incə bir təbəqə halında kərə yağı sürtün.Yəni çörəkləri yağlayın.Yağlanmış keks qabına və ya soba listinə çörəkləri yanbayan düzün.Pomidorları yuyun və dilimlər halında kəsin.Pomidor və kolbasanı çörək dilimlərinin arasına qoyun.Duz və istiot əlavə edin.Süd ilə yumurtanı çırpın. Sendviç kimi düzdüyünüz bütün çörək,kolbasa və pomidorların üzərinə bu südlü yumurtalı qarışığı tökün.Rəndələnmiş pendir səpin.180-200 dərəcə qızdırılmış sobada çörəklər yumşaq və üzərindəki pendir əriyənə qədər bişirin.
Nuş olsun!
Aysel Selcan
BAKU.WS
Oxşar xəbərlər
Tost çörəyindən dürüm (RESEPT)
Səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə tost çörəyindən dadlı və xırtıldayan dürüm bişirə bilərsiniz. BAKU.WS sizinlə asan hazırlanan və iştahaçan to...