Bu iyrənc kadrlar Bakıda çəkildi - Yediyimiz çörək belə daşınır - VİDEO
01
okt
2017
09:19
Dəyərli oxucular "XəzərXəbər”in votsap nomrəsinə gondərilən bir görüntü gündəlik istifadə etdiyimiz çörəyin daşınması ilə bağlı məsələni aktuallaşdırır. Söhbət natəmiz şəraitdə mağazaya daşınan çörəklərdən gedir. Görüntüləri izlədikdə məsələ sizə tam aydın olacaq.Minik avtomobilinin yük yerində natəmiz vəziyyətdə çörək daşıyır. Avtomobil hərəkətdə olduğu zamanı isə yolda olan toz-torpaq birbaşa çörəyə hopur. Sonradan isə çox gümanki belə vəziyyətdə olan çörək market və mağazalara satılır.Vətəndaşlar isə bu çörəkdən alıb istifadə edirlər. Kadrlar paytaxtın Binəqdi rayonu Biləcəri qəsəbəsindəki yolda bir sürücü tərəfindən çəkilərək "XəzərXəbər”in votsap nömrəsinə göndərilib.10-KB-453 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü qaydalara əməl etmədən çörək daşıyır. Hüquqşunaslar isə bildirir ki,belə vəziyyətdə sürücü həm yeyinti məhsullarının daşınması zamanı sanitar-gigiyena, həm də yükdaşıma qaydalarını pozur..Yükdaşıma qaydalarına görə sürücü 40 manat miqdarında,sanitar-gigiyena qaydalarını pozamağa görə isə fiziki şəxslər 50-100,vəzifəli şəxslər 100-200,hüquqi şəxələr isə 200-400 manat miqdarında cərimə olunurlar. BAKU.WS
Oxşar xəbərlər
110-luq yolda 95-lə radara düşdü - VİDEO
Mingəçevirdən Bakıya gələn sürücü yolda radara düşüb. Sürücü iddia edir ki, o, sürət həddi saatda 110 kilometr olan yolda 95-lə hərəkət edib. Amma bir neçə günd...