Bəxtiyar Hacıyevdən “Azercell”lə bağlı ŞOK İDDİA - 4 milyon abonentin məlumatları yayıldı (VİDEO)

Bəxtiyar Hacıyevdən “Azercell”lə bağlı ŞOK İDDİA - 4 milyon abonentin məlumatları yayıldı (VİDEO)
Video
Video 4753
İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətini ittiham edib. BAKU.WS-in məlumatına görə, Bəxtiyar Hacıyev mobil operatoru abonentlərin fərdi məlumatlarını internetdə yayılmasında günahlandırır. İctimai fəalın iddialarını təqdim edirik: "Azercell ilə bağlı qalmaqallı faktı açıqlamağın vaxtı çatdı. Onlar bütün iradlara "qanun pozmuruq" deyə cavab verirlər. Ciddi qanun pozuntusu, fərdi məlumatların qorunmaması ehtimalı olan bir faktı açıqlamağın vaxtı çatıb. Facebook 2.2 milyard istifadəçisindən cəmi 50 milyonunun (~2 faiz) hansısa (!) fərdi məlumatlarını bircə şirkətə sızdırmışdı, xeyli problemlərlə üzləşdi. Azercellin isə təxminən 4 milyon abunəçisinin bütün fərdi məlumatları - nömrə, ad, soyad, ata adı, ünvan, şəxsiyyət vəsiqəsi, pasport nömrəsi, doğum tarixi və s. internetdə, əllərdə gəzir. Zəng edib, buna açıqlama almağın vaxtı çatdı. 4 ay əvvəl müraciət etmişdim ki, bizim məlumatlar niyə internetdə gəzir, cavab vermədilər. Nə də müştərilərin xeyrinə hansısa islahatlar etmədilər. Birlikdə zəng edək,o bazanı canlı yayımda nümayiş etdirək, soruşaq, görək nə deyirlər?" “Azercell” şirkətinin nümayəndəsi isə ittihamların qeydiyyata alındığını və faktla bağlı qısa müddət ərzində araşdırma aparılacağını bildirib. AbbasBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bəxtiyar Hacıyev "Azercell"in rəhbərliyinə 18 ədəd "prezervativ" göndərib - FOTO

Bəxtiyar Hacıyev "Azercell"in rəhbərliyinə 18 ədəd "prezervativ" göndərib - FOTO

İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il “hədiyyə”si olaraq 18 ədəd Çin istehsalı “prezervativ” göndərib. BAKU.WS-in məlumatına...

83267 Sosial 18:15 20 dekabr 2017

Son xəbərlər