Tanınmış iş adamı "Azercell"i soyğunçuluqda ittiham etdi: "İnsanları mal yerinə qoyurlar" — FOTO

Tanınmış iş adamı Azercelli soyğunçuluqda ittiham etdi: İnsanları mal yerinə qoyurlar — FOTO
Sosial 1727

Tanınmış iş adamı Xəyal Məmmədxanlı abunəçisi olduğu "Azercell” mobil operatoru haqqında sərt fikirlər səsləndirib.

BAKU.WS xəbər verir ki, o bildirib ki, "Azercell” ilə mübarizəsini sona qədər aparacaq:

"5711 kilobayt (5 mb) internet istifadəsinə 118 manat, 147 saniyə zəngə 30 manat alan şirkətə "Azercell” deyilir. Təsəvvür edirsiniz, "WhatsApp” vasitəsilə bir foto göndərdinsə, yaxud aldınsa, 120 manat artıq hazırdır. Mən "Azercell” ilə mübarizəmi yarımçıq qoymayacağam! İnsanları mal yerinə qoymaq nə imiş, görsünlər”, - deyə X.Məmmədxanlı bildirib.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər