Bəxtiyar Hacıyev "Azercell"in rəhbərliyinə 18 ədəd "prezervativ" göndərib - FOTO

Bəxtiyar Hacıyev Azercellin rəhbərliyinə 18 ədəd prezervativ göndərib - FOTO
Sosial 83177
İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il “hədiyyə”si olaraq 18 ədəd Çin istehsalı “prezervativ” göndərib. BAKU.WS-in məlumatına görə, Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Belçikaya zəng edib. Lakin nömrə bağlı olduğundan danışa bilməyib. Buna baxmayaraq balansından 18 AZN çıxılıb. “Buna görə, Azercell-in prezidenti Vahid müəllimə 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.Onun sözlərinə görə, şirkətin Facebook səhifəsinndə qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər. "Hədiyyə çatana qədər, Azercell müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər, - deyə ictimai fəal əlavə edib.BAKU.WS

Oxşar xəbərlər

"Azercell" nömrələrində problem yarandı

"Azercell" nömrələrində problem yarandı

"Azercell" abunəçilərinə müraciət edib.BAKU.WS-in məlumatına görə, şirkətdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, hazırda "Azercell" abunəçiləri tərəfin...

2555 Hadisə 14:26 11 oktyabr 2017

Son xəbərlər