"Azercell"dən qəribə addım: eyni gündə hər kəsi məhkəmə ilə hədələdi (FOTO)

Azercelldən qəribə addım: eyni gündə hər kəsi məhkəmə ilə hədələdi (FOTO)
Sosial 12660
Azərbaycanın ən böyük mobil operatoru olan "Azercell" qəribə addım atıb. BAKU.WS-in məlumatına görə, "Azercell" fakturalı xətt abunəçilərinə faktura borcunu ödəməklə bağlı mesaj göndərib. Maraqlısı ondadır ki, "Azercell" daimi müştərilərinə göndərdiyi mesajda qeyd edilir ki, ödənişləri ödəməyəcəkləri təqdirdə məhkəməyə veriləcəklər.Narazı olan abunəçilər bu cür mesajla xəbərdarlıq edilməsinin xoşagəlməz hal olduğunu bildirir. Belə ki, 3 manat borcu olan da, 30 manat borcu olan da məhkəmə ilə xəbərdar edilib. Eyni anda minlərlə abunəçiyə eyni mesajı göndərən "Azercell"in bu addımı müştərilər arasında çaşqınlıq yaradıb. Sözügedən mesajı təqdim edirik:NazimBAKU.WS

Oxşar xəbərlər

"Azercell"də problem yaranıb

"Azercell"də problem yaranıb

Bir neçə abonent müraciət edərək, artıq iki saata yaxındır ki, "Azercell" mobil operatoru şəbəkəsində problem yarandığını bildiriblər. Qeyd edilir ki, hazırda "...

2703 Sosial 14:05 17 aprel 2017

Son xəbərlər