Bakının bu ünvanında hər an böyük faciə yaşana bilər - Qurumlar hara baxır? - FOTO/VİDEO

Bakının bu ünvanında hər an böyük faciə yaşana bilər - Qurumlar hara baxır? - FOTO/VİDEO
Foto Video
Video 412

Paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən divar sakinlərin həyatını təhlükəyə atır.

Sakinlərin BAKU.WS-in "qaynar xətt"inə verdikləri məlumata görə, hər an uçmaq təhlükəsi ilə üz-üzə olan divar ölüm saçır.

Uzun zamandır qəzalı vəziyyətdə olan həmin divar həm sakinlərin, həm də yaxınlıqdan keçənlərin narahatlığına səbəb olur. İnsanların sıx istifadə etdiyi ərazidə yerləşən həmin tikilidə uçqunun baş verəcəyi halda hansı miqyasda faciə yaşanacağını düşünmək belə insanı qorxudur. Ümid edirik ki, müvafiq qurumlar məsələyə reaksiya verərək problemi faciə yaşanmadan həll edəcəklər.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər