"Paxlava" çay evi və "Kolorit" kafesi cərimələnib - TAM SİYAHI

Paxlava çay evi və Kolorit kafesi cərimələnib - TAM SİYAHI
Sosial 576

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 17 mart 2021-ci il tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 37 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı ‎rayonu, Yeni Günəşli D massivində yerləşən, fiziki şəxs Əhədov Səlim Məhəmmədrza oğluna məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi ‎ rayonu, Süleyman Sani Axundov küçəsi ev 2 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;

3. Bakı şəhəri, Binəqədi ‎ rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən, fiziki şəxs Novruzov Edqar Sərdar oğluna məxsus çayxana;

4. Bakı şəhəri, Sabunçu rayonu, M.Əmirov küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Cəfərova Laləzər Ağakişi qızına məxsus kafe;

5. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Neftçilər ev 19 ünvanında yerləşən, fiziki şəxs Əmənov Tehran Məşkur oğluna məxsus kafe;

6. Bakı şəhəri, Suraxanı ‎rayonu, Hövsan qəsəbəsi, H.Quliyev ev 20 ünvanında yerləşən, fiziki şəxs Kərimov Azad Natiqoviçə məxsus "Fədək" kafesi;

7. Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ev 212M ünvanında yerləşən, fiziki şəxs Yusifov Eldar Cahid oğluna məxsus "Şəki yeməkləri" kafesi;

8. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camaləddin Elxan oğluna məxsus "Saraclı" restoranı;

9. Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi 67 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus "İce" pub;

10. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65 ünvanında yerləşən, fiziki şəxs Basmənçi Röyaya məxsus kafe;

11. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, mənzil 3 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Əhəd Nəsib oğluna məxsus kafe;

12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus "City Life" kafesi;

13. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus "Kolorit" kafesi;

14. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 37e ünvanında yerləşən, fiziki şəxs Abbasov Zamin Akif oğluna məxsus "Koza" restoranı;

15. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 180a ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Səbuhi Əziz oğluna məxsus “La Vita” restoranı;

16. Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 113 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Anar Hafiz oğluna məxsus "Saray" çayxanası;

17. Bakı şəhəri, Xətai rayonu, Yeryomenko ev 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus "Emiland" çay evi;

18. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 14 ünvanında yerləşən, hüquqi şəxs "Suliko" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Suliko" restoranı;

19. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 15 ünvanında yerləşən, hüquqi şəxs “Karvan Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Paxlava" çay evi;

20. Bakı şəhəri, Səbail rayonu, Neftçi Q.Abbasov ev M ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus kafe;

21. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 14-cü km ünvanında yerləşən, fiziki şəxs Əbilova Gültəkin Qulu qızına məxsus çay evi;

22. Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi 67 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Qüdrət Möhbalı oğluna məxsus restoran;

23. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 121E ünvanında yerləşən, hüquqi şəxs "Matin" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Askar” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

24. Füzuli rayonu‎, Horadiz qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Nuriyev Əmir Behbud oğluna məxsus dönər evi;

25. Beyləqan rayonu, Şərq qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Hacıyev Müsail Bəykişi oğluna məxsus çayxana;

26. Beyləqan rayonu, Gödəklər kəndi ünvanında yerləşən, vəzifəli şəxs Xəlilov Nihad Əlizamin oğluna məxsus "Karvan" restoranı;

27. Beyləqan rayonu, Şərq qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Taleh Famil oğluna məxsus kafe;

28. Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən, fiziki şəxs İsayev Anar Məhəmməd oğluna məxsus kafe;

29. Ağstafa rayonu, 20 Yanvar küçəsi ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ramin Şakir oğluna məxsus kafe;

30. Qazax rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyeva Cəmilə Fazil qızına məxsus dönər evi;

31. Goranboy rayonu, Sarovlu kəndi ünvanında yerləşən, fiziki şəxs Mustafayev İnqilab Məhəmməd oğluna məxsus restoran;

32. Göygöl rayonunda yerləşən, fiziki şəxs Verdiyev Sənan Xanlar oğluna məxsus otel-restoran;

33. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Əmirov Teyyub Teymur oğluna məxsus restoran;

34. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Orucov Xəyal Maarif oğluna məxsus restoran;

35. Ağsu rayonu, T.Xasiyev küçəsi,1-ci dalan ünvanında yerləşən, fiziki şəxs Kərimli Elçin Habil oğluna məxsus çay evi;

36. Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Bədəlova Rövşanə Rövşən qızına məxsus "Zafer" kafesi;

37. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Əmir Yunis oğluna məxsus “Prestij" kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Son xəbərlər