Bakı-Sumqayıt sürət qatarı niyə tez-tez yolda qalır? - VİDEO

Bakı-Sumqayıt sürət qatarı niyə tez-tez yolda qalır? - VİDEO
Video
Video 546
Son günlər Bakı-Sumqayıt sürət qatarının hərəkətində tez-tez problemlər yaranır.Bu barədə çoxsaylı vətəndaşlar BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildirirlər. Vurğulanır ki, yeni tədris ili başlayandan bəri qatarda sərnişin sıxlığı yaşanır.Qatarların arasındakı interval çox olduğu üçün vaqonlarda basabas yaşanır.Bundan başqa, vurğulanır ki, Bakı-Sumqayıt qatarı qrafikə uyğun hərəkət etmir. Çox vaxt gecikir, qatar bəzən yolda qalır.Belə problemlərdən biri də sentyabrın 30-da saat 18:20-də Bakıdan Sumqayıt istiqamətinə hərəkət edən qatarda baş verib.BAKU.WS-in hadisə yerində olan müxbiri bildirib ki, qatar Biləcəri stansiyası yaxınlığında dayanıb. Heç bir açıqlama verilməyib və qatar 10 dəqiqə yolda qalıb. Həmin vaxt vaqonlarda basabas olduğu üçün sərnişinlər narahat olublar.Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova BAKU.WS-ə bildirdi ki, sentyabrın 30-da qatarın yolda qalma səbəbi texniki nasazlıq olub.“Sentyabrın 30-da saat 18:20 radələrində Bakıdan Sumqayıta gedən qatar Biləcəri stansiyasında 10 dəqiqə ləngiyib. Buna texniki problem səbəb olub.Belə ki, Biləcəri stansiyasında tablo söndüyündən, qatar stansiyanın giriş siqnalında 10 dəqiqə dayanıb. Amma texniki problem operativ şəkildə aradan qaldırılaraq, qatarın hərəkəti bərpa olunub.Bununla əlaqədar sərnişinlərin mənzil başına çatdırılmasında ciddi problem yaranmayıb”, - deyə Natəvan Bayramova bildirib.Ümumiyyətlə Bakı-Sumqayıt qatarının hərəkətində son günlər tez-tez problemlər yaranır.“Niyə bu problemlərə birdəfəlik son qoymaq mümkün olmur?”, - sualına qurum rəsmisi belə cavab verib:“Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində bəzən gecikmə qeydə alınır. Belə kiçik texniki problemlər dünyanın hər bir ölkəsində yaşanır.Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına gəlincə, statistik rəqəmlər göstərir ki, belə gecikmələr ümumi rəqəmin cüzi hissəsini təşkil edir.Məsələn, bu ilin 6 ayı ərzində Bakı-Sumqayıt- Bakı istiqamətində 2610 qatar hərəkətdə olub.Bunlardan 99,2 faizi qrafikə uyğun olaraq mənzil başına vaxtında çatıb. 2610 qatardan cəmi 123-ündə cox cüzi gecikmə faktı qeydə alınıb”.Bakı-Sumqayıt qatarının hərəkət intervalı nisbətən çoxdur. Bu da sərnişin sıxlığına səbəb olub. Qatarlar arasında intervalın azaldılması planda varmı?Natəvan Bayramova deyir ki, hazırda bu istiqamətdə müəyyən işlər görülür:“Daim vaqon parkının yenilənməsi, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması istiqamətində iş aparır.Qatarlar arasında intervalların azaldılması üçün əlavə qatarların alınması gündəmdədir.Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları fəaliyyətə başlayanda gün ərzində 6 cüt qatar hərəkətdə idi.Hazırda isə 15 cüt qatar fəaliyyətdədir. Noyabr ayında iki qatarın gətirilməsi gözlənilir. Bu halda pik saatlarda intervalların azaldılması nəzərdə tutulur”.Ziya SƏCCAD

Son xəbərlər