Bakı-Gəncə sürət qatarı yolda qaldı
05
yan
2019
12:21
Bu gün səhər saatlarında Bakı-Gəncə sürət qatarı yolda qalıb.“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova BAKU.WS-ə açıqlamasında bildirib ki, sürət qatarı Bakıya gələrkən Kürdəmir rayonu ərazisində dayanıb.“Hava şəraiti ilə əlaqədar elektrik xətlərində nasazlıq yaranıb. Bu səbəbdən də, qatara verilən elektrik enerjisi kəsilib. Nəticədə qatar yolda qalıb”, - deyə qurum rəsmisi bildirib.Sevinc Qədirovanın sözlərinə görə, qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib və qatar Bakıya 8 dəqiqə gecikmə ilə gəlib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.“Stadler” şirkətinin...