Bakıdan Daşkəsənə gedən gənc qızın dediyi sözlər hər kəsi təəccübləndirdi (VİDEO)
02
fev
2018
12:30
“Valideynlərim dedi ki, ora getsən də qala bilməyəcəksən. Daşkəsəndə dərs deməyi seçməməliydin”. BAKU.WS-in məlumatına görə, bu sözləri Daşkəsinin Dəstəfur kəndində yerləşən məktəbdə müəllim işləyən Gülnar İsmayıl deyib. “Ucqar kənddə gənc müəlllim” layihəsinin qonağı olan Gülnar İsmayıl niyə ucqar kənddə müəllim işləməyi seçməsinin səbəbləri, üzləşdiyi çətinliklər barədə danışıb. O gənc müəllimlərə də çağırış edərək onları kəndlərdə işləməyə dəvət edib. Qeyd edək ki, Azərbaycan prezidenti yanında Gənclər fondunun maliyyə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə "Ucqar Kəndin Gənc Müəllimi 2" layihəsi həyata keçirilib. Layihənin məqsədi ucqar kəndlərdə müəlimçatışmazlığı probleminin həllinə dəstək olaraq gənc mütəxəssislərin imtiyazlar barədə məlumatlandırılması və kəndlərdə çalışmalarına həvəsləndirilməsi üçün nümunənin göstərilməsidir. BAKU.WS
Oxşar xəbərlər
Zaqatalada coğrafiya müəlliminin qeyri-adi dərs metodu - VİDEO
Zaqatalada müəllim kimi çalışan Ehtiram Safquliyevin istifadə etdiyi metod uzun illər bu işlə məşğul olan təcrübəli müəllimləri də təəccübləndirib. BAKU.WS ARB...