Bakıda yola duz səpən polis: "Öz pulumla 15 qutu aldım, mağazada duz qurtardı" (VİDEO)

Bakıda yola duz səpən polis: Öz pulumla 15 qutu aldım, mağazada duz qurtardı (VİDEO)
Video
Video 4510

Bakıda qarlı havada yola duz səpən yol polisi əməkdaşının kimliyi məlum olub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazi Teymur Elçin küçəsinin başlanğıcı – Teleteatrın yanıdır. Yola duz səpən DYP əməkdaşı isə Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayət-Eskort Bölüyünün 1-ci tağımının əməkdaşı (99-P-027), polis baş serjantı Teymur Süleymanovdur.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədovun iştirakı ilə əməkdaşımız həmin inspektorla görüşüb. Teymur Süleymanov yayılan video ilə bağlı fikirlərini bölüşərək bildirib ki, həmin görüntülərin necə çəkilməsindən xəbərsiz olub:

"Mən düşünmürəm ki, bu hərəkətimlə nəsə pis bir iş görmüşəm. Amma videonu sosial şəbəkələrdə yayaraq mənə qarşı nalayiq ifadələr işlədirlər. Birincisi, yola duz səpmək mənim vəzifəm deyildi. Sadəcə, gördüm ki, yolda sürüşkənlik artır və avtomobillər svetoforda dayana bilməyərək sürüşüb sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxırlar. Mən də gedib yaxınlıqdakı mağazadan öz pulumla 15 qutu duz alıb gətirdim və hamısını yola səpdim ki, maşınlar sürüşməsin, qəza baş verməsin, insanlara maddi ziyan dəyməsin. Burada pis nə var ki? İnanın mənə, mağazada duz qurtardı, yoxsa, yenə də alıb gətirib yola səpəcəydim. Axı niyə mənə qarşı nalayiq fikirlər yazırlar? Yaxşı əməlimizi də pisə yozurlar".

BAKU.WS

Son xəbərlər