Bakıda qəza törədən marşrutun sahibi üzə çıxdı - Ziya Məmmədovun qohumudur

Bakıda qəza törədən marşrutun sahibi üzə çıxdı - Ziya Məmmədovun qohumudur
Video 5544

Binə qəsəbəsində iki nəfərin ölümü, 41 nəfərin yaralanması ilə nəticələnən ağır qəzaya səbəb olan marşrut avtobusunun aid olduğu Ayşən LTD MMC sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumunundur.BAKU.WS “axar.az”a istinadən xəbər verir ki, Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.

Hazırda Bakıda 149 marşrut üzrə 2168 sərnişindaşıma avtobusu fəaliyyət göstərir ki, onlardan 7 marşrut xətti məhz Ayşən LTD MMC-yə məxsusdur.

Qeyd edək ki, Ayşən LTD MMC haqda vergidən yayınma, qiymət artımından sonra sürücülədən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin şərnişinlərlə kobud rəftarı və ciddi qayda pozmaları ilə bağlı onlayn mediada çoxsaylı yazılara rast gəlmək mümkündür. Təkcə ötən il ərzində bu şirkətə məxsus bir neçə avtobusun qəza törətdiyi bildirilir.

Hətta Bakı Apellyasiya Məhkəməsinin rəsmi saytında 2016-cı il 7 mart tarixində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq işlər arasında MMC-nin sürücüsünün törətdiyi hadisə də olub.

Belə ki, 2 il öncə Ayşən LTD MMC-nin sürücüsü Ələkbərov Asən Musa oğlunun Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli hökmündən cavabdeh Ayşən LTD MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Sürücü A.Ələkbərova açılan cinayət işi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə bağlı olub.

Qeyd edək ki, dünən saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə biri 13 yaşlı məkltəbli olmaqla, 2 nəfər dünyasını dəyişib, 41 sərnişin yaralanıb.

BAKU.WS

Son xəbərlər