Bakıda ləvənginin içindən qurd çıxdı - VİDEO

Bakıda ləvənginin içindən qurd çıxdı - VİDEO
Video
Video 1669

 

Tortun, konfetin içindən qurd çıxdığı haqda xəbərlər çox eşitmişik, bu dəfə isə ləvənginin içindən qurd çıxıb.

"Xəzər Xəbər"in izləyicilərindən biri votsap nömrəmizə Bakıda aldığı ləvənginin videosunu çəkib göndərib. Ağ qurdlar ləvənginin içində hərəkət edir. Bu hadisə qida məhsullarının çox zaman lazımi temperaturda və ya şəraitdə saxlanılmadığını ortaya qoyur.

Xezerxeber.az-ın məlumatına görə, videodan açıq aydın görünür ki, ləvənginin içində ağ qurdlar var və diridirlər.

Ekspertlər ləvəngilərin ümumiyyətlə standartlardan kənar hazırlandığını və saxlanıldığını təsdiqləyir.

Qida məhsulunda qurdların əmələ gəlməsi kifayət qədər təhlükəlidir və insan orqanizminə ciddi ziyan vura bilər.

İstehlakçılar belə vəziyyətlərlə qarşılaşdıqda mütləq İqtisadiyyat və Səhiyyə nazirliklərinə məlumat verməlidirlər ki, məhsulun satıldığı yerlə bağlı tədbir görülsün.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir: 

BAKU.WS

Oxşar xəbərlər

Xuraman Şuşalının şokoladından qurd çıxdı (VİDEO)

Xuraman Şuşalının şokoladından qurd çıxdı (VİDEO)

Müğənni Xuraman Şuşalının başına iş gəlib. BAKU.WS xəbər verir ki, müğənnin yediyi şokoladın içindən qurd çıxıb. Xuraman Şuşalı baş verənləri videoya çəkərək s...

3219 Şou-biznes 16:45 24 may 2017

Son xəbərlər