Azərbaycanlı gənclər Bakıdan başlayaraq avtostopla 5 xarici şəhəri pulsuz gəzdi (VİDEO)

Azərbaycanlı gənclər Bakıdan başlayaraq avtostopla 5 xarici şəhəri pulsuz gəzdi (VİDEO)
Video
Video 3275
Azərbaycan gənclər - Abdulla Ağayev və Azad Əzizov təxminən 14 gün müddətində Bakı-Tiflis-Krasnodar-Voronej-Xarkov-Kiyev şəhərlərini avtostopla gəziblər. BAKU.WS-in məlumatına görə, onlar 3000 kilometrə qədər yol qət ediblər. Dostlar, bu səyahətlərini əvvəlcədən qərarlaşdırıblar. 2017-ci il avqustun 14-də Bakıdan başlayaraq həyata keçirib və son nöqtə kimi getdikləri ərazilərdə öz qurduqları çadırlarda və evlərinə dəvət edənlərlə birgə gecələyiblər. Gənc oğlanlar 2 ölkə (Gürcüstan, Rusiya) ərazisindən keçərək Ukraynaya səyahət edib. Onların səyahətinin digərlərindən fərqli olmasının əsas səbəblərindən biri yol üçün heç bir xərc etməmələri olub. 14 gün müddətində Bakı-Tiflis-Krasnodar-Voronej-Xarkov-Kiyev şəhərlərini avtostoplagəzən oğlanların səyahətinə təqdim edəcəyimiz videda baxa bilərsiniz. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər