Bakı rus turistlərin top-5-liyinə düşdü (SİYAHI)

Bakı rus turistlərin top-5-liyinə düşdü (SİYAHI)
İqtisadiyyat 1059

Rus turistlərin regionda ən çox üz tutduğu şəhərlərin adları açıqlanıb.

BAKU.WS-in məlumatına görə, siyahı mehmanxanalara onlayn sifarişlər əsasında hazırlanıb. Rusiyaya yaxın xarici şəhərlərinin siyahısında Bakı da yer alıb. 

Rus turistlərin mövsüm zamanı baş çəkdiyi on məşhur şəhər bunlardır: Minsk, Kiyev, Almatı, Bakı, Yerevan, Astana, Vitebsk, Bişkek, Daşkənd və Kişinyov. Rus turistlərin üz tutduğu digər şəhərlər isə Brest, Qomel, Lvov, Odessa, Xarkov, Aktau və Aktobedir. 

Rusiya turistləri üçün MDB-də ən məşhur ölkə Belarus sayılır. Turistlərin 37% bu ölkəyə səfər edir. Ukraynaya - 22%, Qazaxıstana - 16%, Azərbaycana - 9%, Ermənistan isə 7% turist gedir. Yerdə qalan 10% isə digər ölkələrə şamil edilir. 

Bakıda turistlər orta hesabla gündə mehmanxanada qalmağa 78 dollar ödəyirlər. Kiyev və Almatıda isə mehmanxanaya 87 dollar ödəmək kifayət edir. MDB-də otellərinə görə ən bahalı şəhər Astana ($115) sayılır. 

MDB-nin ən məşhur kurort zonaları İssik-Kul (Qırğızıstan), Naroçun gölü (Belarusiya), Bor (Qazaxıstan), Nabran (Azərbaycan) və Sevandır (Ermənistan).

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Rusiyadan Azərbaycana göndərilən pulda kəskin azalma

Rusiyadan Azərbaycana göndərilən pulda kəskin azalma

Rusiyadan Azərbaycana pul axını 43,11 faiz azalıb. BAKU.WS-in məlumatına görə, Rusiya Mərkəzi Bankının yaydığı məlumatda ilin ikinci rübü ərzində Rusiyadan Az...

1207 İqtisadiyyat 11:50 09 sentyabr 2015

Son xəbərlər