MDB-nin ən bahalı otelləri Bakıdadır

MDB-nin ən bahalı otelləri Bakıdadır
Şou-biznes 1219

Rus turistlərin regionda ən çox üz tutduğu şəhərlərin adları açıqlanıb.

 

BAKU.WS-in məlumatına görə, siyahı mehmanxanalara onlayn sifarişlər əsasında hazırlanıb. Rusiyaya yaxın xarici şəhərlərinin siyahısında Bakı da yer alıb. 

Rus turistlərin mövsüm zamanı baş çəkdiyi on məşhur şəhər bunlardır: Minsk, Tiflis, Alma-atı, Kiyev, İrəvan, Bakı, Astana, Bişkek, Kişinyov və Daşkənd. 

Bu şəhərlər arasında ən bahalı mehmanxana Bakıdadır. Azərbaycanın paytaxtında hər hansı oteldə dincəlmək rus turistlər üçün orta hesabla 6 min rubla (96 AZN) başa gəlir. Ən ucuz otellər isə Bişkekdədir. Turistlərə buradakı mehmanxanalarda qalmaq üçün bir günə cəmi 1,2 min rubl (19 AZN) ödəmək kifayət edir. 

 

Minskdə bir günlük otel pulu 3 min (48 AZN), Tiflisdə 3,2 (51 AZN) min, Alma-atıda 5 min (80 AZN), İrəvanda isə 3,1 min rubl (49 AZN) təşkil edir.

 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Rəsmi məzənnə açıqlandı: Avro ucuzlaşır

Rəsmi məzənnə açıqlandı: Avro ucuzlaşır

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahal...

972 İqtisadiyyat 09:51 18 avqust 2015

Son xəbərlər