“Eurovision”a bilet neçəyədir? – QİYMƏTLƏR
"Avroviziya -2017” mahnı müsabiqəsi bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Mərasim Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində baş tutacaq.
BAKU.WS fins.az-a istinadən xəbər verir ki, tədbirin keçiriləcəyi zal 15 min nəfər üçün nəzərdə tutulub. Lakin təşkilatçılar mahnı müsabiqəsi ilə əlaqədər olaraq 20 min nəfərdən çox turistin gələcəyini bildiriblər.
Qeyd edək ki, mahnı müsabiqəsinə biletlər 6 fevral tarixindən satışa çıxarılıb. Biletlərin rəsmi satış nümayəndələrindən biri də concert.ua. saytıdır.
Turizm fins.az xəbər verir ki, ötən il "Avroviziya”ya biletlərin qiyməti 20-100 avro olub. Həmişə olduğu kimi bu il də biletlər 9 şou proqram üçün nəzərdə tutulub. Bunlardan 6-sı məşq prosesləri, 2 yarım final və 1 final üçün biletlərdir.
Biletlərin qiymətləri
8 may 22:00 –a olan biletlər - 165 avrdodan başlayaraq
9 may 16:00-a olan biletlər - 152 avrodan başlayaraq
9 may 22:00 –a olan biletlər - 74 avrodan başlayaraq
10 may 22:00-a olan biletlər - 166 avrodan başlayaraq
11 may 16:00-a olan biletlər - 82 avrodan başlayaraq
11 may 22:00-a olan biletlər - 103 avrodan başlayaraq
13 may 14:00-a olan biletlər - 83 avrodan başlayaraq
13 may 22:00-a olan biletlər - 257 avrodan başlayaraq (final)
Qeyd edək ki, satışda çox az sayda bilet qalıb. Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva ilk yarımfinalda iştirak edəcək. İlk yarımfinalın digər iştirakçıları isə Çernoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Kipr, Sloveniya, Ermənistan, Moldaviya, Çex Respublikası, Latviya, İslandiya, Yunanıstan və Polşadır.
BAKU.WS
Oxşar xəbərlər
“Eurovision-2017”nin biletləri sabah satışa çıxarılacaq
Sabah Kiyevdə "Eurovision-2017” mahnı yarışmasının biletlərinin satışana start veriləcək. BAKU.WS xəbər verir ki, Ukraynanın birinci milli telekanalının məluma...