“Eurovision-2017”nin biletləri sabah satışa çıxarılacaq
13
fev
2017
22:32
Sabah Kiyevdə "Eurovision-2017” mahnı yarışmasının biletlərinin satışana start veriləcək.
BAKU.WS xəbər verir ki, Ukraynanın birinci milli telekanalının məlumatına görə, biletlərin qiyməti 8 avrodan 500 avroyadək olacaq. 70 minə yaxın bilet mahnı müsabiqəsinin 9 konsertinə - 6 məşq, iki yarımfinal və final konsertlərinə satılacaq.
Xatırladaq ki, müsabiqənin yarımfinallarının mayın 9-da və 11-də, final yarışmasının mayın 13-də Kiyevdə keçirilməsi planlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
"Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub
61-ci "Eurovision-2017" müsabiqəsi Kiyevdə keçiriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Televiziya Şirkətinin (NTU) xü...