"Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub
61-ci "Eurovision-2017" müsabiqəsi Kiyevdə keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Televiziya Şirkətinin (NTU) xüsusi iclasında qəbul olunub.
Müsabiqə Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.
Qeyd edək ki, ötən il Stokholm şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanı təmsil edən müğənni Camala olub. O, Krım tatarlarının deportasiyasından bəhs
edən "1944” mahnını ifa edib. Müsabiqənin keçirilməsi hüququ uğrunda Kiyev, Dnepr və Odessa şəhərləri mübarizə aparıb.
Müsabiqə 2017-ci il mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda keçiriləcək beynəlxalq mahnı müsabiqəsinə ayrılan vəsait açıqlandı
Gənclər və İdman Nazirliyi və ATGT-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqədə 24 ölkədən...