Azərbaycanda bu küçədən keçəndə mütləq “baş əyməlisən” – VİDEO
28
sen
2017
21:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzda rayona mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur. Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı “Azəriqaz”ın, “Azəriqaz” isə icra hakimiyyətinin üstünə atır. Əslində, oxşar problem bir çox rayonlarda yaşanır. Hətta bəzi yaşayış evlərində həyətə girişi bağlayan qaz xətlərini görmək mümkündür. Aidiyyəti qurum isə bildirir ki, layihə işlənərkən sakinlərin rəyini nəzərə alaraq, hər evdə bir giriş qapısı üçün yer müəyyən olunur. Bir müddət keçdikdən sonra isə ikinci qapının açılması və ya qapı yerinin dəyişdirilməsi problemlərə gətirib çıxarır. Digər problem isə bəzi küçələrdə qaz boruları ilə elektrik xəttləri arasında məsafənin az saxlanılmasıdır. BAKU.WS
Oxşar xəbərlər
Bakının böyük prospekti bağlandı - polislə sakinlər arasında gərginlik (VİDEO)
Ötən gün Xətai rayonunda baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.“Report”un məlumatına görə, sakinlər onlara hələ...