Bakıda zibil vedrələrinə kim qənim kəsilib? (FOTO)
07
sen
2017
11:30
Bakıda Nəsimi rayonu Mircəlal küçəsində yaşayan sakinlər zibil qutularına görə çətinliklə üzləşib. BAKU.WS-ə müraciət edən sakinlər Mircəlal küçəsi 36,37,38 ünvanlarında zibil qutularının yığışdırıldığını söyləyir. Zibil qutuların olmaması isə sonda xoşagəlməz mənzərələrin yaranmasına gətirib çıxarır. Sakinlər bildirir ki, dəfələrlə müraciət olunsa da əraziyə müəyyən edilmiş yerlərə zibil qutuları qoyulmur."Gətirib zibil qutusunu qoyurlar. Ancaq 1 həftə keçməmiş yenidən qutular yığışdırılır. Şəhərimizdə o qədər ekoloji aksiyalar keçirilir, ancaq yaşayış yerlərində adi zibil qutusu qoymaq problemə çevrilib", - deyə sakinlərdən biri BAKU.WS-ə müraciətində deyib.77 saylı Mənzil - Kommunal İstismar Sahəsindən BAKU.WS-ə bildirilib ki, sözügedən ərazidə olan zibil qabları Nəsimi Rayon İcra Hakimiyyətinin tapşırığı ilə oradan götürülüb: "Həmin ərazidə zibil qablarının yaşayış yerindən biraz uzaq olduğunu bilirik. Ancaq orada olan zibil qabları antisanitar vəziyyət yaradır. Ona görə zibil qabları başqa bir əraziyə aparılıb", - deyə MKİS-dən bildiriblər.NazimBAKU.WS
Oxşar xəbərlər
Bakının zibil dərdi - FOTO
Bakıətrafı kənd və qəsəbələrin səhər-axşam sürü ilə gəzən sahibsiz itlər problemi ilə yanaşı, daha bir dərdi var: vaxtlı-vaxtında daşınmadığından qalaq-qalaq yı...