"Azəriqaz" Bakının bəzi ərazilərində yaranan qaz probleminə aydınlıq gətirdi

Azəriqaz Bakının bəzi ərazilərində yaranan qaz probleminə aydınlıq gətirdi
Sosial 1946

 

Yaxın günlərdə "Azəriqaz” İstehsalat Birliyinin 104 nömrəli "qaynar xətti”nin saytı istifadəyə veriləcək.

Bunu Trend-ə "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

İ.Kərbəlayev deyib ki, həmin sayta daxil olmaqla müvafiq məsələlərlə bağlı müraciət etmək, sual vermək olacaq.

Vətəndaşların İB-nin 104 və 185 nömrəli "qaynar xət”lərinə çətinliklə düşmələrinə gəldikdə, o qeyd edib ki, bəzən müraciətlər çox olanda gözləmələr də çox olur.

Qaz istismar sahələrinin fəaliyyəti ilə bağlı müraciətlərə isə İ.Kərbəlayev belə aydınlıq gətirib: "Ərazi üzrə qaz istismar sahələri artıq regional idarələr olub. Yəni həm Bakı, həm də regionlarda idarələr yaradılıb, yerlərdə xidmət sahələri var. Daxil olan müraciətlər aidiyyəti üzrə elektron qaydada sahələrə göndərilir".

Bu gün Bakının bəzi ərazilərində qaz verilişində müşahidə olunan məhduddiyyətlərə gəlincə, qurum rəsmi bildirib ki, bununla bağlı müraciətlər daxil olmayıb: "Ola bilər ki, kiminsə fərdi qaydada, mənzilində təbii qazın verilişi ilə bağlı problem var. Bununla bağlı "qaynar xət"lərə müraciət edə bilər”.

BAKU.WS

Son xəbərlər