Bakıda qaz problemi: “Azəriqaz” qazın təzyiqini niyə artırmır? (RƏSMİ AÇIQLAMA)

Bakıda qaz problemi: “Azəriqaz” qazın təzyiqini niyə artırmır? (RƏSMİ AÇIQLAMA)
Sosial 2274

 

Artıq bir neçə gündür ki Azərbaycanda havalar kəskin soyuyub.

Havaların qəfil dəyişməsi mənzillərdə istiliyə olan təlabatı artırıb. Ancaq paytaxtda mənzillərə qazın az təzyiqdə verilməsi, bir neçə ərazidə isə gün ərzində kəsilməsi kimi problemlər yaşanmaqdadır. Problemlə bağlı insanlar həm sosial şəbəkədə narazılığını bildirir, həm də redaksiyamıza müraciətlər daxil olur.

"Qafqazinfo” məsələ ilə bağlı "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, təmsil etdiyi qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur: "Əhali ilin bütün fəsillərində təlabata uyğun olaraq mavi yanacaqla təmin olunur. Qış fəslində qazanxanalar işə salınan vaxtlarda təbii qazın təzyiqinin artırılması tələb edilir. Həmin zaman da qazanxanalara verilən mavi yanacağın təzyiqi artırılır.

Hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib. Hansı ərazilərdə bu problemlər yaşanırsa, "Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”.

BAKU.WS

Oxşar xəbərlər

Qaz sayğacı koda düşdükdə nə etmək lazımdır?

Qaz sayğacı koda düşdükdə nə etmək lazımdır?

"Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində quraşdırılan yeni smart tipli sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını...

5492 Sosial 16:55 30 sentyabr 2016

Son xəbərlər