Deputatdan "Azəriqaz"a sərt SÖZLƏR: "Xalqa yalan danışmasın!"

Deputatdan Azəriqaza sərt SÖZLƏR: Xalqa yalan danışmasın!
Sosial 2514

Millət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin verdiyi açıqlamaya sərt reaksiya verib.

BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, Ç.Qənizadə deyib ki, mətbuat xidmətinin rəhbərinin verdiyi açıqlama ilə tanış olub və onun yerinə, sadəcə, utanıb: "Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.

Eyni zamanda, mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.

Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə "Azəriqaz"ın əlaqə telefonları yoxdur. Bir dənə "Qaynar Xətt"in nömrəsi var. Onu da yığırıq, təbii ki, heç kim cavab vermir.

Belə məqamda, sadəcə, İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır".

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qaz problemi: “Azəriqaz” qazın təzyiqini niyə artırmır? (RƏSMİ AÇIQLAMA)

Bakıda qaz problemi: “Azəriqaz” qazın təzyiqini niyə artırmır? (RƏSMİ AÇIQLAMA)

Artıq bir neçə gündür ki Azərbaycanda havalar kəskin soyuyub. Havaların qəfil dəyişməsi mənzillərdə istiliyə olan təlabatı artırıb. Ancaq paytaxtda mənzillərə...

2274 Sosial 11:07 17 oktyabr 2016

Son xəbərlər