Azərbaycanda yayım dayandı: əhali kütləvi şəkildə bu quruma müraciət etdi

Azərbaycanda yayım dayandı: əhali kütləvi şəkildə bu quruma müraciət etdi
Sosial 2201

 

Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra əhalinin müraciətlərini qəbul etmək üçün yaradılan 14-11 nömrəli "qaynar xətt"ə gün ərzində 4-5 min müraciət daxil olur.

Bu barədə "Report"a Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva məlumat verib.

O bildirib ki, yaradılan "Qaynar xəttə" noyabrın 1-dən bu günədək 20 mindən çox müraciət daxil olub: "Əhalinin müraciətlərini qəbul etmək üçün 11 telefon xidmət göstərir. Ötən cümə günü 5000, şənbə günü 4175, bazar günü isə 3790 müraciət daxil olub. Əhali dekoderlərin necə quraşdırılması, harada satılması və s. ilə bağlı suallar ünvanlayır. İB-nin e-mail ünvanına da müraciətlər olur".

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeron ərazisində analoq yayım dayandırılıb. 

 

BAKU.WS

Oxşar xəbərlər

Son günlər sakinlərin üzləşdiyi problemi necə həll etmək olar?

Son günlər sakinlərin üzləşdiyi problemi necə həll etmək olar?

Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında analoq yayım dayandırılaraq, tam olaraq rəqəmli...

2496 Şou-biznes 09:20 05 noyabr 2016

Son xəbərlər