Azərbaycanda son 40 ilin ən soyuq qışı gözlənilir
Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, bunun Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, ötən əsrin 70-ci illərinə qədər qış daha sərt keçirdi. Bu isə periodik hadisə hesab olunur. Bu səbəbdən də yenidən kəskin soyuğa və yağıntıya hazır olmaq lazımdır. Yağıntının bol olması nəticəsində Xəzərdə də suyun artacağı, sahillərinin yenidən öz yerinə qayıdacağı gözlənilir.
Ənvər Əliyev bilidirib ki, ötən il ölkənin bəzi ərazilərinə yağıntının miqdarı 40 faiz artıq düşmüşdü. Bu il də kifayət qədər bol yağıntı olub.
Ənvər Əliyev qeyd edib ki, proqnozlaşdırılan soyuq və bol yağıntılı qış Azərbaycanda bir sıra problemləri həll edə biləcək. Elə ona görə də bu, arzuolunandır.
Oxşar xəbərlər
"Ötən il vəziyyət nisbətən yaxşı idi, indi isə xeyli pisləşib" - Lökbatanda sakinlər susuzluqdan şikayət edirlər
Qızmar yay günlərində suya tələbatın artdığı bir vaxtda Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində su problemi yaşanır. Sakinlərin Baku TV-yə bildirdiyinə gör...