Azərbaycanda müğənnilər Füzuliyə gedib - VİDEO

Azərbaycanda müğənnilər Füzuliyə gedib - VİDEO
Video
Video 4

Azərbaycanda bir sıra müğənni Füzuliyə gedib.

BAKU.WS xəbər verir ki, bununla bağlı müğənni Nadir Qafarzadə paylaşım edib.

Görüntülərdən aydın olur ki, ifaçı Murad Arif, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Nurlan Növrəsli, Rəşad İlyasov, müğənnilər Nadir Qafarzadə və başqaları Qarabağa yola düşüblər.

Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Bu il iyulun 31-də isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli şəhəri günü (17 oktyabr) təsis edilib.

Son xəbərlər