Azərbaycanda istehlak krediti almaq çətinləşir - VİDEO

Azərbaycanda istehlak krediti almaq çətinləşir - VİDEO
Video
Video 571
Bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi prezidentin sədrliyi ilə keçirilən müşavirədə xüsusilə qeyd edilən məsələlərdən biri idi. Ekspertlər də deyirlər ki, bankların kredit portfelinin 44 faizini məhz istehlak kreditləri təşkil edir. Real sektora yönəldilən kreditlərin həcmi isə azdır. Bu tendensiyanı dəyişmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qaydaları təsdiq edib.Maliyyə Bazarlarına Nəzarət Palatası real sektora daha çox kredit cəlb edilməsini stimullaşdırmaq üçün yeni qaydaları təsdiq edib. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, dəyişikliyin əsas səbəbi vətəndaşlara verilən istehlak kreditlərinin ümumi kredit portfelində payının olduqca çox yer tutmasıdır...Vüqar Bayramovun sözlərinə görə, istehsal və sənaye emalı sahəsi üçün ayrılan kreditlər ümumi portfelin cəmi 6.2 faizini təşkil edir. Real sektora daha çox kredit verilməsini təmin etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kiçik və orta sahibkarlara, qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.Vüqar Bayramov qeyd edib ki, istehsal kreditlərinin həcmini azaltmaq üçün şərtlər bir qədər də ağırlaşdırılıb.İqtisadçının proqnozlarına görə, yeni qayda qarşıdakı illərdə real sektora yöndəldilən kreditlərin həcmini artıracaq.

Oxşar xəbərlər

Ekspertdən kreditlə bağlı yeni təklif

Ekspertdən kreditlə bağlı yeni təklif

Bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi Prezidentin sədrliyi ilə keçirilən müşavirədə də xüsusi qeyd edilən məsələlərdən idi.BAKU.WS xəbər...

294 İqtisadiyyat 15:48 31 oktyabr 2019

Son xəbərlər