“ARB Kəpəz” telekanalı 24 yaşını qeyd edir (VİDEO - FOTO)
"ARB Media Qrup"a daxil olan telekanalın 24 yaşı tamam oldu.
Tamaşaçılar ilk dəfə 24 il əvvən tanış olmuşdu, "Kəpəz Müstəqil Teleradio Şirkəti” adı ilə... Fərqli məkandan, fərqli simalar və fərqli hədəflərlə yayımlanırdı televiziyada hazırlanan verilişlər... İndi, geridə qalan 24 illik zaman kəsiyinə baxdıqda, hər şeyin dəyişdiyini görürük... Bu gün "ARB Media Qrup"un bir hissəsi olaraq "ARB Kəpəz” kanalı günün tələblərinə cavab verən binada fəaliyyət göstərir. Şirkət müasir televiziya avadanlıqları ilə təchiz olunub.
1993-cü ildə fəaliyyətə başlayan Kəpəz Televiziyası ilk köklü dəyişikliyi 2008-ci ildə yaşayıb. Təşkilati-hüquqi forması dəyişdirilən TV-də işə yeni kadrlar cəlb edilib, müxtəlif səpkili verilişlər hazırlanmağa başlanılıb. 4 il sonra Kəpəz TV yeni binadan yayımlanmağa başlayıb. 2014-cü ildə isə öz fəaliyyətini 6 bölgə kanalının birləşməsi ilə yaradılan "Region TV”nin bir hissəsi olaraq davam etdirib. Öz brendini yeniləyərək ARB olan televiziyanın yayım mərkəzi məhz "ARB Kəpəz”də yerləşir.
"ARB Kəpəz”in efirində tamaşaçıların zövqünə uyğun müxtəlif səpkili verilişlər yayımlanır. Tamaşaçılarımız günü "İşgüzar” komandanın hazırladığı 2 saatlıq səhər proqramı ilə açır.
Şahin Əliyev – aparıcı: "Müsbət özəlliyimiz budur ki, biz "İşgüzar” olaraq, tamaşaçılarla işləməyə çalışırıq. Süjetlərimizi sosial şəbəkələrdə paylaşırıq və tamaşaçıların rəyini soruşuruq”.
Gündə iki dəfə efirə çıxan və bu gün Azərbaycan teleməkanında nömrə bir olan "Hadisə” də "ARB Kəpəz”in istehsalıdır.
Zülfiyyə Telmanqızı – aparıcı: "Ağ günə qara yollarla çıxmaq istəyən insanlara baş verənlərin fonunda anlatmaq istəyirik ki, ağ günə qara yollarla çatmaq mümkün deyil. Həmin yolun sonu yalnız və yalnız dəmir barmaqlıqlardır”.
Saat 17:00-da "ARB Kəpəz”in studiyasından ekranlara çıxan "Ölkə Xəbər”in isə məqsədi ölkə gündəmində baş verənləri operativ şəkildə tamaşaçılara tədqim etməkdir. Respublikanın aqrar həyatının əks olunduğu "Aqronom” da "ARB Kəpəz”in Xəbərlər departamentinin məhsuludur.
İntellektual proqram kimi tanınan "Piyada”, bilik yarışı olaraq illərdir efirə çıxan "Zirvə”, uşaq verilişi "Dostlar” və sosial veriliş olan "Doğruya-Doğru” isə Xüsusi layihələr departamentinin kollektivi tərəfindən hazırlanır.
Tacirə Zeynallı – aparıcı: "Biz "Doğruya doğru”da sağlam həyat tərzi, sosial problemlər, aktual məsələləri müzakirə edirik. Həm uşaqlar, həm yaşlılar, yeniyetmələr, hər kəs rahatlıqla oturub bizim verilişə baxa bilərlər”.
Azərbaycanın ilk bölgə televiziyası kimi ilk regional radiosu da məhz "Kəpəz” adı ilə bağlıdır.
"ARB Kəpəz” olaraq bundan sonra da tamaşaçıların zövqünü oxşayacaq verilişlər hazırlamağa, insanları maarifləndirməyə, ölkənin dörd bir yanından ən son məlumatları çatdırmağa davam edəcəyik. Çünki hədəfimiz Zirvənin Fəthidir! 24 illik fəaliyyətimiz mübarək!
BAKU.WS
Oxşar xəbərlər
"ARB 24" telekanalı 7 yaşını qeyd edir (VİDEO - FOTO)
"ARB Media Qrup"un tərkibinə daxil olan "ARB 24" televiziyasının fəaliyyətə başlamasından 7 il ötür. Kanal 2010-cu il iyunun 1-də Tovuzda "Türkel TV” brendi i...