Azərbaycanda qadını lüt şəkilləri ilə şantaj edən şəxs tutuldu
Gəncə şəhərində şantajla məşğul olan şəxs tutulub.
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı” ləqəbli şəxs ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini Məhərrəm Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda son bir günün faciəsi: ölü və yaralılar var - Rəsmi açıqlama
Azərbaycanda bir gündə altı nəfəri maşın vurub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 13...