Türkiyənin 4 kanalı "Azerspace-1"də yayıma başladı

Türkiyənin 4 kanalı Azerspace-1də yayıma başladı
Sosial 1767

 

Türkiyənin 4 televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Türkiyənin region kanalları "Alanya TV", "Zonguldak TV" və "Aras TV" kanalları, eləcə də "A Shopping TV" kanalı 2 iyun 2016-cı il tarixindən etibarən "Azerspace-1" peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adıçəkilən region kanallarında əsasən, əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyənin, Rusiyanın, eləcə də Orta Asiyanın ən çox izlənilən e-ticarət tele alış-veriş kanalı olan "A Shopping TV" kanalı isə digər peyklərlə yanaşı, artıq "Azerspace-1" peyki üzərindən də yayımlanır.

BAKU.WS

Oxşar xəbərlər

Abbas Bağırovla "Space" kanalı arasında qalmaqal (FOTO)

Abbas Bağırovla "Space" kanalı arasında qalmaqal (FOTO)

Əməkdar artist Abbas Bağırovla "Space" kanalı arasında qalmaqal baş verib. BAKU.WS məlumat verir ki, müğənni bu gün dəvət olunduğu "Hər səhər" verilişinə geci...

1840 Şou-biznes 11:24 18 aprel 2016

Son xəbərlər