VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xatırlayıram, 2004-cü ildə mən hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdım, Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Mən dərhal Lənkərana getdim, xəstələrə baş çəkdim və orada gördüyüm mənzərə məni dəhşətə gətirdi".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Azərbaycan Prezidenti bildirib:

"Çünki xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi. Yəni, dağılmış bina, çürümüş avadanlıq, palatalarda heç bir avadanlıq yox idi, adi yataqlar qoyulmuşdur. Dedim ki, bu, nədir? Dedilər ki, bizim mərkəzi rayon xəstəxanamızdır. Dedim ki, ağır xəstələr haradadır? Dedilər ki, reanimasiyada.

Dedim aparın məni reanimasiyaya, mən onlara baş çəkmək istəyirəm. Sən demə reanimasiya nə imiş? Biz bir mərtəbə qalxdıq, eyni otaq, eyni divarlar, eyni taxta yataq, bir dənə də avadanlıq yox idi. Dedim, budur reanimasiya? Dedilər, bəli. Bax, 2004-cü ildə bizim səhiyyə sistemimizin vəziyyəti bu idi.

Mənim göstərişimlə dərhal Lənkəran şəhərində ilk dəfə olaraq müalicə-diaqnostika mərkəzinin tikintisinə start verildi. Ondan sonra bölgələrimizdə 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edilmişdir. O ki qaldı, mərkəzi rayon xəstəxanalarının inşasına, dediyim kimi, bəlkə də, iki şəhərdə hələ ki, bu xəstəxanalar lazımi səviyyədə deyil, ancaq onların da inşası nəzərdə tutulur".

BAKU.WS
VİDEO