Şəhidimizin dəfnindən ürəkdağlayan görüntülər - VİDEO

1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.
BAKU.WS xəbər verir ki, dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon icra aparatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.
Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib və medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...
