8 Türk əsgərinin şəhid olduğu döyüşdə ÜRƏKDAĞLAYAN MƏQAM (VİDEO)
03
mar
2018
12:26
Suriyada şəhid olan Türk əsgərlərinin rabitə vasitəsilə komandirə müraciətlərinin səsyazısı yayılıb. BAKU.WS-in məlumatına görə, Afrində çox sayda terrorçu qəfildən Türkiyə ordusunun əsgərlərinə hücum ediblər. Şiddətli döyüş başlayıb. Türk əsgərlərin sayı az olduğundan əlavə hərbçilərin göndərilməsi ya da ərazinin bombardman edilməsi istənilib. Dərhal həmin bölgəyə döyüş helikopterləri və qırıcılar göndərilib. Hava çiskinli olduğundan pilotlar terrorçuların harada olduğunu dəqiq görə bilmirdilər. Terrorçular müdafiə xəttini yarmaq üçün hücumların gücünü daha da artırmağa başladı. Ərazidə olan əsgərlər isə rabitə vasitəsilə pilotlarla əlaqə yaradaraq ərazini dərhal bombardman edilməsini tələb edib. “Dərhal bombardmana başlayın. Bizim burada olduğumuza fikir verməyin. Atəş açın. Lazımdırsa, biz burada öləcəyik, bombalayın, yetər ki, düşmən müdafiə xəttini yarmasın. Terrorçuların hamısını məhv edin”, - deyə komandir pilotlara göstəriş verib. Bombardman başlayıb və hücuma keçən terrorçuların əksəriyyəti məhv edilib, sağ qalanlar isə qaçıb. Türkiyə ordusu isə həmin döyüşdə 8 şəhid verib. BAKU.WS
Oxşar xəbərlər
100-dən çox terrorçu qəfil hücüma keçdi - 8 şəhid, 13 yaralı
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı "Zeytin Dalı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 şəhid verdiklərini açıqlayıb. BAKU.WS-in məlumat...