Türk ordusundan gecə yarısı şoka salan əməliyyat (VİDEO)
01
mar
2018
11:09
Türkiyə Ordusu gecə saatlarında gizli planı həyata keçirməyə çalışan PKK terrorçularına şok yaşadıb. BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, terrorçular bu gecə gizli tunellərlə Türkiyəyə sızmaq istəyib. Lakin Türkiyə hərbçiləri onların izinə düşüb və xüsusi əməliyyat planı hazırlanıb. 3 istiqamətdən Türkiyəyə sızmağa çalışan terrorçular Türk əsgərlərinin qəfil hücumu nəticəsində darmadağın ediliblər. Eyni anda qırıcılar Raco vilayətinin 3 kəndindəki terrorçuların mövqelərini bombardman edib. “Zeytun budağı” əməliyyatının 41-ci günündə Suriyada öldürülən terrorçuların sayı 2000-ni ötüb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçulardan təmizlənən bölgələrin görüntülərini yayımlayıb. BAKU.WS
Oxşar xəbərlər
Türkiyə ordusundan terrorçulara gecə şoku: 1931 ölü (VİDEO)
Türkiyə Ordusu bu gecə Suriyada PKK terrorçularını bombardman edib. BAKU.WS-in məlumatına görə, Türk ordusunun helikopterləri gecə saatlarında Afrində qəfildən...