100-dən çox terrorçu qəfil hücüma keçdi - 8 şəhid, 13 yaralı

100-dən çox terrorçu qəfil hücüma keçdi - 8 şəhid, 13 yaralı
Hadisə 2243
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı "Zeytin Dalı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 şəhid verdiklərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, daha 13 əsgərin isə yaralandığı bildirilir. Afrində Həcc Bilal kəndində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma çıxıb. Qəfil hücum edən 100-dən çox terrorçudan 23-ü təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Kel Tepe bölgəsində olan tunellərdən 80-100 nəfərlik terrorist qrupu əllərindəki silahlardan atəş açıb. Ağır döyüşdə çox sayda itki verən Türkiyə tərəfi dərhal əraziyə vertolyotlar göndərilib. Terrorçular yaralıları daşıyan vertolyotu da vurmağa çalışıb. Ancaq buna baxmayaraq yaralı və şəhidləri döyüş bölgəsindən çıxarmaq mümkün olub. BAKU.WS

Oxşar xəbərlər

Afrində bir gündə 11 türk hərbçisi şəhid olub

Afrində bir gündə 11 türk hərbçisi şəhid olub

Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəf...

1493 Hadisə 11:41 11 fevral 2018

Son xəbərlər