Əli Kərimlinin hospitaldakı iddialarına DİN-dən cavab - VİDEO

20
okt
2019
12:42
Daxili İşlər Nazirliyi ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib. DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov BAKU.WS-ə bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.İsbi Babaxanov Əli Kərimilinin hospitalda xərəklə təmin edilməməsi məsələsinə də aydınlıq gətirib:"Əli Kərimlinin sözlərində həqiqət yoxdur. Çünki Əli Kərimli hospitala gələrkən və müayinələrdən keçərkən xərəkdən istifadəyə ehtiyac olmayıb. Kənar şəxslərin köməyinə ehtiyac olmayıb. O, bütün müayinə kabinetlərindən öz ayağı ilə gəzərək keçib". Qeyd edək ki, DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.
Oxşar xəbərlər
Fəzail Ağamalı: Əli Kərimlinin dəstəsi Müsavat və REAL partiyalarına cəbhə açıb
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu gün “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən d...
