Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ MƏLUMAT
28
iyn
2019
15:47
İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yayıb.Verilən məlumatda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Oxşar xəbərlər
Əli Kərimli sərbəst buraxıldı (YENİLƏNİB)
Bir neçə saat öncə saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, Əli Kərimli bu barədə sosial şəbəkədə açıqlama verib. ***13:47Bu...