Ramil Usubov həkimi rəis təyin etdi

Ramil Usubov həkimi rəis təyin etdi
Siyasət 7764

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

BAKU.WS BakiPost.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in A.Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, hospitalın müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, o, 1999-cu ildən bu hospitalda çalışır. 

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov oğlunu rəis təyin etdi

Ramil Usubov oğlunu rəis təyin etdi

Daxili işlər nazirinin əmri ilə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub. BAKU.WS...

9134 Siyasət 11:48 22 fevral 2017

Son xəbərlər