DYP-də kadr dəyişikliyi: Rəis müavini işdən çıxarıldı
31
may
2016
17:01
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin Avtosfer.az-a verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tuturdu. Ramiz Hüseynov uzun illərdir DYP sistemində çalışır. Yol hərəkəti təhlükəsizliyi və sürücülərin inzibati məsuliyyəti ilə bağlı qanunların işlənib hazırlanmasında rolu olub. DYP ilə bağlı qanunların qəbulunda yaxından iştirak edib, Milli Məclisin iclaslarında deputatların suallarını cavablandırıb. BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov DYP rəisini və 7 polisi işdən qovdu
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şə...