Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə verdiyi cavabla mətbuatın gündəminə düşüb. 

BAKU.WS xəbər verir ki, iki ölkə arasında İrəvanda baş tutan rəsmi görüşdə Paşinyan çıxış edib. O, "Əgər heç bir sual yoxdursa, biz artıq keçə bilərik", deyib. Ancaq baş nazirin bir anlıq durğunluğu Medvedevin gözündən qaçmayıb.

Rusiya baş naziri həmkarına “yox” cavabı verib və sonra zarafatla "Bəs, hara keçək", deyə soruşub. Paşinyan “Bizim imzalanma proseduruna", deyib. 

Paşinyan bu vəziyyətdə pərt olub və zaldakı Rusiya dövlətinin nümayəndələri gülməyə başlayıb. Baş nazir kimi qeyri-peşəkarlıq nümayiş etdirən Paşinyan növbəti dəfə gülüş obyektinə çevrilib. İki ölkənin baş nazirləri arasında baş tutan bu söhbət sosial şəbəkələrdə də böyük marağa səbəb olub. 

Həmin videonu təqdim edirik:
BAKU.WS


ВИДЕО