SİZİN REKLAM BURADA!
055 213 76 73


Gündəlik xeyli şokolad yeyən 17 yaşlı yeniyetmənin gözündə xəstəlik aşkaralnıb. Hadisə Azərbaycanda baş verib.

BAKU.WS xəbər verir ki, yeniyetmənin anası oğlunun gözündən yaş gəldiyini, allergiya, qaşıntı oluğunu görüb və göz həkiminə müraciət edib. Aparılan müayinələrdən sonra onun gözündə xəstəlik aşkarlanıb. Həkmin bunun səbəbini gündəlik olaraq çox şokolad yemək olduğunu bildirib. Bu barədə "Xəbərin olsun" verilişində məlumat verilib.

Həddindən artıq şokolad yemək həzm problemi, çəki artımı, ürək döyüntsünün sürətlənməsi, yuxu problemi kimi xəstəliklər də yaradır.

Oftolmoloq Aysel Əkbərova bildirib ki, son zamanlar şokoladdan gözündə xəstəlik yaranan xəstələrin sayı artıb:

"Bir xəstə gəlmişdi. Qida rasiyonun əsas hissəsini şokolad təşkil edirdi. Onun bir gözündə göz qapağı iltihabı yaranmışdı. Biz onu müayinə edəndə bəlli oldu ki, uzun müddətdir xeyli şokolad istehlak edib. Belə xəstələrə müalicə iə yanaşı pəhriz təyin edilir. Tövsiyyəm odur ki, kako faizi 75-dən yuxarı olan şokoladlar yesinlər. Gündəlik isə maksimum 20-30-40 qram şokolad istehlak etsinlər".

Ətraflı videoda:

BAKU.WS
VİDEO